ARDNF “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin maliyyələşdirilməsinə başlayıb

ARDNF “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin maliyyələşdirilməsinə başlayıb
# 09 iyul 2014 10:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Neft Fondu (ARDNF) ilə bərabər ölkənin ucqar kəndlərində fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını təmin edəcək “Milli genişzolaqlı internetin inkişafı” layihəsini müzakirə edib.

APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, artıq ARDNF bu layihənin maliyyələşdirilməsi üçün maliyyə resursları ayırıb və yaxın vaxtlarda bu layihənin icrasına başlanılacaq.

Qeyd edək ki, “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin ümumi dəyəri 103,6 mln. manat təşkil edir. Layihə ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutur. Layihənin məqsədi ucqar kənd yaşayış məntəqələrini 30 Mbit/s, şəhərləri 100 Mbit/s həddində sürətli internetlə təmin etməklə, ümumilikdə genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR