Suraxanı RİH-in SOCAR-a qarşı şikayəti təmin edilməyib

Suraxanı RİH-in SOCAR-a qarşı şikayəti təmin edilməyib
# 26 oktyabr 2015 08:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, SOCAR Suraxanı RİH tərəfindən vətəndaş Sərdar Əlibalayevin adına verilən sərəncamın ləğv edilməsi barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin edib. Qərarla razılaşmayan icra hakimiyyəti apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR