İran xarici müşahidəçiləri hərbi obyektlərinə buraxmayacaq

İran xarici müşahidəçiləri hərbi obyektlərinə buraxmayacaq
# 11 aprel 2015 18:18 (UTC +04:00)

Bakı-APA. İran xarici ölkədəki hərbi obyektlərə girişini istisna edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın XİN rəhbərinin müavini Abbas Araqçı bildirib.

“Bizim ballistik və ya digər raketlərimiz hər-hansı tərəfin müşahidəsi və ya nəzarəti altında olmayacaq”, deyə Araqçı bildirib.

Onun sözlərinə görə, Tehran xarici müşahidəçilərinin ölkənin sülh nüvə proqramına riayət etməsinin monitorinqi bəhanəsi ilə hərbi obyektlərdə olmasını tamamilə qəbuledilməz hesab edir.

Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən İran 10 il ərzində uranın zənginləşdirilməsi üzrə istehsalat gücünün 2/3 hissəsini dayandırmalıdır. Bundan başqa, İran uranın zənginləşdirilməsinə dair bütün proqramları 25 illik beynəlxalq nəzarətdə olacaq.

Tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq.

Aİ, öz növbəsində, İranın razılaşmaya əməl edəcəyi təqdirdə Tehrana qarşı tətbiq edilən sanksiyaları tədricən aradan qaldırmağa dair öhdəlik götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR