Atatürk prospektində yeni keçidin tikintisinə başlanıb

Atatürk prospektində yeni keçidin tikintisinə başlanıb
# 26 mart 2013 10:44 (UTC +04:00)

Bakı. Əli Əhmədov-APA-Economics. Atatürk prospektində yeni piyada keçidinin tikintisinə başlanıb. Tikinti işlərini həyata keçirən «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, keçid Nərimanov rayonu, Atatürk prospekti, 47 ünvanında («Xəzər» TV-nin ofisinin yaxınlığında) inşa edilir. Prospektin sağ və sol tərəflərini birləşdirən keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü 5,5 metrdir. Artıq burada bütün kommunikasiyalar köçürülüb, o cümlədən, elektrik, rabitə və su xətlərinin yeri dəyişdirilib. Keçidin dayaqları demək olar hazırdır, işlər nəzərdə tutulan plana uyğun davam etdirilir. Keçidin tikintisinin iyun-iyul aylarında başa çatması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR