İŞİD silahlıları İraqda qədim katolik monastırı məhv ediblər

İŞİD silahlıları İraqda qədim katolik monastırı məhv ediblər
# 20 mart 2015 03:43 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail şahidlərə istinadən məlumat yayıb. Hadisə yerində güclü partlayışın törədildiyini bildirən yerli sakinlər sosial şəbəkələrdə abidənin qalıqlarının əks olunduğu fotoşəkilləri paylaşır.

“Mar Benham” monastırı bizim eranın IV əsrində övladlarını (oğlu Benham və qızı Sara) xristian dinini qəbul etdiklərinə görə qətlə yetirən Assuriya çarı Senhareb tərəfindən peşmanlıq rəmzi olaraq tikilib. Monastır keçən ilin iyulunda terrorçuların nəzarətinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR