Bank Of Baku

BMT rəsmisi: Şəffaflıq hesabatları bu ilin son günü təqdim ediləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru Xuehong Wang

© APA | BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru Xuehong Wang

# 07 sentyabr 2026 16:55 (UTC +04:00)

Bakı İqlim Həftəsi çərçivəsində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm.

APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru Xuehong Wang BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən Şəffaflıq üzrə Yüksək Səviyyəli Dialoq zamanı videomüraciətində deyib.

O bildirib ki, bugünkü dialoq mühüm bir mesajı bir daha təsdiqləyir: "Şəffaflıq iqlim öhdəliklərinin güclü siyasətlərə, investisiya üçün əlverişli planlara və ölçülə bilən nəticələrə çevrilməsinə imkan yaradır. Şəffaflıq ölkələrə mövcud vəziyyətlərini qiymətləndirməyə, hansı istiqamətlərdə irəliləyiş əldə olunduğunu müəyyənləşdirməyə, əlavə tədbirlərə ehtiyac olan sahələri müəyyən etməyə və daha güclü beynəlxalq əməkdaşlıq üçün zəruri olan etimadı formalaşdırmağa imkan verir”.

O qeyd edib ki, Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin uğuru bütün ölkələrin bu prosesdə səmərəli iştirakını təmin etmək üçün əməkdaşlıqdan asılıdır.

O sonda bu tədbirin təşkilinə, tərəfdaşlığa və şəffaflığa sadiqliyinə görə Azərbaycana bir daha təşəkkür edib.

Xuehong Wang həmçinin bildirib ki, şəffaflıq hesabatlarının təqdim edilməsi üçün son tarix 31 dekabr 2026-cı ildir: "Hesabatların təqdim olunması prosesinin sürətləndirilməsi iqlim öhdəliklərinə sadiqliyin güclü göstəricisi olmaqla yanaşı, Paris Sazişinin həyata keçirilməsi baxımından mühüm mərhələdə dəyərli məlumatların əldə olunmasına imkan verir. UNFCCC Katibliyi olaraq tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə və inkişaf etməkdə olan ölkələrin potensialının gücləndirilməsinə tam sadiqik. Məqsədimiz inkişaf etməkdə olan ölkələrin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsini (ETF) tam və səmərəli şəkildə həyata keçirmək üçün zəruri biliklərə, sistemlərə və özünəinamına malik olmasını təmin etməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR