Yevlaxda və Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Yevlaxda və Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib
# 09 noyabr 2015 12:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yevlaxda və Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 7-də saat 15 radələrində Yevlax rayonu ərazisində Bakı şəhər sakini Emil Dadaşovun idarə etdiyi “Ford” və Bərdə rayon sakini Nazim Gəncəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə N.Gəncəliyevin sərnişinlərindən Hümbət Məmmədov hadisə yerində ölüb.

Noyabrın 7-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində isə Bakı şəhər sakini Əliabbas İsgəndərov idarə etdiyi “Mercedes” markalı yük avtomobili yolun kənarında dayanmış şəhər sakini Vahid Hüseynova məxsus “VAZ-21011” markalı avtomobilə vurub. Nəticədə V.Hüseynov xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR