Türkiyənin baş naziri Əhməd Davudoğlu BMT Baş Assambleyasında çıxış edib

Türkiyənin baş naziri Əhməd Davudoğlu BMT Baş Assambleyasında çıxış edib
# 28 sentyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Suriyalılara ev sahibliyi etmək üçün çox işlər gördük. Bu kontekstdə davamlı inkişafla bağlı hədəflərimizə çatmaq üçün əlimizdən gələni etmək məcburiyyətindəyik. Bunu etmədiyimiz təqdirdə çox ciddi problemlərlə qarşı-qarşıya qala bilərik”.


APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu BMT Baş Assambleyasının Davamlı İnkişaf Sammitində çıxışı zamanı deyib. Yoxsulluq, qeyri-bərabərlik, terrorizm kimi problemlər fonunda ortaya çıxan humanitar böhranların dünyanı təhdid etdiyini söyləyən Ə. Davudoğlu, Türkiyənin çətin vəziyyətdə olan ölkələrə yardımları artırmaq üçün çalışdığına diqqət çəkib: “Biz illərdir, davamlı inkişafın sülh və təhlükəsizlik olmadan mövcud olmayacağını bilirik. 2030 gündəliyi də bunu bizə açıq şəkildə göstərir. Yaxın Şərqdə ciddi humanitar böhranla qarşı qarşıyayıq. Qaçqın düşərgələrində 2 milyon suriyalı yaşayır. Afrika ölkələrinə yönəlik çalışmalarımızı davam etdiririk”.


Ə. Davudoğlunun sözlərinə görə, Dünya Humanitar Yardım Zirvəsi 23-24 may 2016-cı ildə İstanbulda keçiriləcək və bu, humanitar yardımların maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olacaq: “Biz Türkiyə olaraq davamlı inkişafın hədəflərini, milli inkişaf planlarımızla inteqrasiya edirik. Çünki dünya iqtisadiyyatının inkişafında aşağı gəlirli və inkişafda olan ölkələrin inteqrasiyasına böyük önəm veririk. Yalnız bu şəkildə kasıblıq, aclıq və bərabərsizliyin qarşısını alına, qida təhlükəsizliyi, enerjinin əlçatanlığı və digər məsələlər həllini tapa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR