Bakıda “Gənclik veloyürüşü” keçiriləcək

Bakıda “Gənclik veloyürüşü” keçiriləcək
# 30 yanvar 2015 09:03 (UTC +04:00)

Bakı - APA. Bakıda 2 fevral Ümumrespublika Gənclər günü münasibəti ilə “İrəli” İctimai Birliyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Bakı-2015 Avropa Oyunları, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Dövlət Bayrağı Meydanı Kompleksinin təşkilatçılığı altında “Gənclik veloyürüşü” keçiriləcək.

“İrəli” İctimai Birliyindən APA-ya verilən məlumata görə, veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və günün əhəmiyyətinin onlara aşılanmasıdır.

Eyni zamanda veloyürüş Bakı-2015 Avropa Oyunlarının mühüm tərkib hissəsi olduğundan, gənclər arasında bu idman növünün təbliği böyük əhəmiyyət kəsb edir.

“Gənclik Veloyürüşü”nün başlanğıc nöqtəsi Dövlət Bayraq meydanı, yürüşün bitmə nöqtəsi isə Azadlıq Meydanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR