Bərdədə saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Bərdədə saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub
# 28 sentyabr 2015 10:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bərdədə saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 26-da “Mercedes” markalı avtomobildə Bərdə rayonunun Mehdili qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn naməlum şəxs doldurduğu yanacağın əvəzinə 100 manatlıq saxta əsginas verib.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakinləri Ramiz Əliyev və Nurlan Heydərov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR