Gəncədə 21 yaşlı oğlan bıçaqlanıb - VİDEO

Gəncədə 21 yaşlı oğlan bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 30 aprel 2015 06:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncə şəhər sakini bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 30-da saat 04.00 radələrində şəhərin Əttarlar keçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Əşrəfov Şükür Akif oğlu döş qəfəsinin və qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat edilən 21 yaşlı oğlanın vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR