Baş nazirin müavini: "Azərbaycanın Serbiyanın əsas qaz təchizatçılarından biri olmasında olduqca maraqlıyıq"

Baş nazirin müavini: "Azərbaycanın Serbiyanın əsas qaz təchizatçılarından biri olmasında olduqca maraqlıyıq"
# 29 sentyabr 2015 09:54 (UTC +04:00)

Bakı - APA-Economics. "Azərbaycanın Serbiyanın əsas qaz təchizatçılarından biri olmasında olduqca maraqlıyıq".

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç Bakıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan və Serbiyanın müvafiq şirkətləri arasında danışıqlar aparılacaq.

"İki ölkə arasındakı əməkdaşlıqda energetika sahəsi olduqca mühüm yeri tutur", - deyə baş nazirin müavini bildirib.

Öz növbəsində Ş. Mustafayev bildirib ki, Rusiyanın "Cənub axını" layihəsindən imtina etməsi və "Türk axını" layihəsi ilə bağlı yaranan problemlərdən sonra Serbiya "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmağı nəzərdən keçirir. "Bu məsələ Bakıya səfər etmiş Serbiya nümayəndə heyətinin SOCAR və Energetika Nazirliyində keçirəcəyi görüşlərdə də müzakirə olunacaq", - deyə Ş. Mustafayev bildirib.

Bununla yanaşı, Ş. Mustafayev qeyd edib ki, tərəflər bərpa olunan enerji sahəsində əməkdaşlıq etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR