Film Fondunda Həbib İsmayılovun xatirə gecəsi keçiriləcək

Film Fondunda Həbib İsmayılovun xatirə gecəsi keçiriləcək
# 09 iyun 2016 11:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 14-də Dövlət Film Fondunda kinorejissor Həbib İsmayılovun 110 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Xatirə gecəsində H. İsmayılovun həyat və yaradıcılığı haqqında məlumat veriləcək, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışılacaq. Rejissorun kino karyerasını özündə əks etdirən fotosərgi açılacaq, video çarx nümayiş olunacaq.

Qeyd edək ki, H. İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvanda anadan olub. Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib. Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib. H. İsmayılov "Ögey ana", "Böyük dayaq", "Cəfər Cabbarlı" və s. filmlərin müəllifidir.

Rejissor 31 dekabr 1966-cı ildə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR