Makedoniya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib

Makedoniya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib
# 31 avqust 2015 14:34 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyətinin üzvləri Makedoniya prezidentinin dəvəti ilə Ohrid şəhərində keçirilən Gənc Liderlər Məktəbinin 6-cı buraxılış toplantısına qatılıb. Toplantı çərçivəsində G.İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib.

Görüşdə George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən III Qlobal Bakı Forumunda iştirakı zamanı Mərkəzlə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq Memorandumunun imzalanmasını yüksək dəyərləndirib və gələcəkdə elm, mədəniyyət sahəsində daha sıx işbirliyinə ümid etdiyini bildirib.

Azərbaycanın paytaxtı hər il Qlobal Bakı Forumu adlı liderlər toplantısına ev sahibliyi edir və hər il bu toplantıda Prezident İvanov da daxil olmaqla, 50-dən çox hazırkı və sabiq hökumət, dövlət başçısı iştirak edir. Prezident İvanovun Gənc Liderlər Məktəbinin 6-cı buraxılış toplantısında Nizami Gəncəvi Beynəlxalq Mərkəzin İdarə Heyətinin üzvləri - Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini, o cümlədən ISESCO-nun Baş direktoru Abdulaziz Altvaijri də iştirak edib. Makedoniya Prezidenti G.İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu il oktyabrın 8-9-da Bolqarıstan Prezidenti Rozen Plevneliyevin dəstəyi ilə Sofiyada keçiriləcək 6-cı Ali toplantıda və IV Qlobal Bakı Forumunda iştirak edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR