Şabranda 52 yaşlı qadın döyülüb - VİDEO

Şabranda 52 yaşlı qadın döyülüb - <span style="color: red;">VİDEO
# 21 sentyabr 2015 15:32 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Şabran rayonunda döyülmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Pirəbədil kənd sakini, 1963-cü il təvəllüdlü Qurbanova Tahirə Cəbrayıl qızı müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Şabran rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə,

T. Qurbanova polisə yeznəsi və onun atası tərəfindən döyüldüyünü bildirib. Qarşı tərəf də öz növbəsində T. Qurbanovadan polisə şikayət edib. Onlar iddia edib ki, 52 yaşlı qadın onların evlərinin şüşələrini sındırıb.

 

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR