Serbiya Azərbaycan qazının Avropaya nəqli layihələrində iştirak etmək istəyir

Serbiya Azərbaycan qazının Avropaya nəqli layihələrində iştirak etmək istəyir
# 05 fevral 2013 10:42 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Serbiya Azərbaycan qazının Avropaya nəqli layihələrində iştirak etmək istəyir.

APA-nın xəbərinə görə, bu barədə Serbiyanın Azərbaycadakı səfiri Zoran Vayoviç bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Serbiya Xəzər regionundan qaz nəqli layihələrində iştirak etməyə hazır olduğunu bəyan edib: “Biz böyük oyunçu olmasaq da, öz qaz nəqlimizin diversifikasiyasında maraqlıyıq”.

Səfir Bakı ilə Belqrad arasında birbaşa aviauçuşların həyata keçirilməsində də maraqlı olduqlarını vurğulayıb: “Bu, həm də iqtisadi məsələ olduğundan, məqsədəuyğunluğu müzakirə mərhələsindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR