Azərbaycanın magistral neft və qaz kəmərləri ilə nəqletmə azalıb

Azərbaycanın magistral neft və qaz kəmərləri ilə nəqletmə azalıb
# 16 iyun 2016 10:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 18 405,2 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 5,15% azdır.

Nəqletmənin 80,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və bu ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 14 746,7 min ton neft ötürülüb. Dövr ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 2,0 mln. ton tranzit nefti də nəql edilib ki, bud a daha əvvəlki ilin beş ayı ilə müqayisədə 3,33% azdır.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 8 770,5 mln. kubmetr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz azalma müşahidə olunub.

Qazın nəqlinin 34,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3 025,7 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR