Azərbaycan Alpinizm Federasiyası: Alpinist Murad Aşurlunun Himalay dağlarında hansı şəraitdə öldüyü hələlik məlum deyil

Azərbaycan Alpinizm Federasiyası: Alpinist Murad Aşurlunun Himalay dağlarında hansı şəraitdə öldüyü hələlik məlum deyil
# 22 oktyabr 2014 14:29 (UTC +04:00)

APA-nın məlumatına görə, Nepal mətbuatı yazır ki, 42 yaşlı Murad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub.

Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov APA-ya açıqlamasında M. Aşurlunun öldüyünü təsdiqləyib.

Lakin o, hadisənin hansı şəraitdə baş verməsinin hələlik məlum olmadığını deyib: “Federasiyamızın prezidenti İsrafil Aşurlu hadisə ilə əlaqədar Nepala gedib. Hadisənin hansı şəraitdə baş verdiyini yalnız o qayıdandan sonra deyə bilərik”.

Qeyd edək ki, M. Aşurlu Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR