Masazır qəsəbəsində məcburi köçkünlərin yaşadığı ərazidən silah-sursat tapılıb

Masazır qəsəbəsində məcburi köçkünlərin yaşadığı ərazidən silah-sursat tapılıb
# 22 iyul 2015 10:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Abşeron rayonunda xeyli sayda silah-sursat tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən yaşayış sahəsində “AKM”, “TOZ-18” və “Karabin” markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR