«Azəriqaz» abunəçilərinin sayı 1 444 156-a çatıb

«Azəriqaz» abunəçilərinin sayı 1 444 156-a çatıb
# 19 noyabr 2012 09:27 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İB-nin abunəçilərinin ümumi sayı 2012-ci il 1 noyabr tarixinə 1 444 156-ya çatıb. «Azəriqaz» İB-nin məlumatına görə, abunəçilərin 1 426 415-i əhali, 17 741-i qeyri-əhali abunəçiləridir.

Abunəçilərin 650 875-i və ya 45%-i Bakı şəhərinin (641 413 əhali, 9 462 qeyri-əhali abonenti), 793 281-i və ya 55%-i isə regionların payına düşür (785 002 əhali, 8 279 qeyri-əhali abonenti).

«Azəriqaz» İB-nin məlumatına görə, ümumilikdə indiyədək 1 443 188 abunəçi sayğaclaşdırılıb ki, bunun da 1 425 447-i əhali, 17 741-i qeyri-əhali istehlakçılarıdır.

Əhali istehlakçılarının 99,9%-i, qeyri-əhali qrupu isə tamamilə sayğaclaşdırılıb. Noyabrın 1-dək əhali abonentlərinin mənzillərində 502 minə yaxın «smart-kart» sayğacı quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR