16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər 15 oktyabr tarixində Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan sədrliyinin və təşkilatın qarşıdakı dövr üçün prioritetləri, institusional inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
VII Sammitin Azərbaycanın sədrliyi altında uğurla keçirilməsinin, Asiya məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Sammitin yekunlarının təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların təşviqinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Sammitin yekun sənədləri üzrə əldə olunmuş razılaşmaların AQEM-in fəaliyyətinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi və təşkilatın praktiki nəticə yönümlülüyünün artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində zəngin təcrübəsini və beynəlxalq təşkilatlarda uğurlu sədrliyini qeyd edərək, ölkəmizin AQEM-ə sədrliyinin təşkilatın beynəlxalq rolunun və nüfuzunun artırılmasına, üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, eləcə də etimad quruculuğu tədbirlərinin təşviqinə yönəldiyini vurğulanıb.
Sədrliyimiz dövründə AQEM-in institusional inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və üzv dövlətlər üçün praktiki faydasının genişləndirilməsi istiqamətində görülən işlərə toxunulub. Təhsil, qadınların imkanlarının genişləndirilməsi, gənclər, media, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlər üzrə yaradılmış platformaların əhəmiyyəti xüsusi vurğulanıb. Həyata keçirilən təşəbbüslərin üzv dövlətlər arasında təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və konkret əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etdiyi bildirilib.
Baş katib Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin Baş katib vəzifəsində fəaliyyəti ərzində, son altı il müddətində göstərilən dəstəyə görə ölkəmizə təşəkkürünü ifadə edib.
Kayrat Sarıbay Azərbaycanın sədrliyinin AQEM-in inkişafı, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qarşıdakı dövrdə də təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov öz növbəsində Baş katib Kayrat Sarıbaya fəaliyyəti müddətində apardığı uğurlu işlərə görə təşəkkür edib, ona gələcək peşəkar fəaliyyətində müvəffəqiyyət arzulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb
Xarici siyasət
Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib
İsrail Prezidenti Bakıya kommersiya reysi ilə səfər edib: Türkiyədə yaranmış ajiotajın heç bir əsası yoxdur
Hikmət Babaoğlu: Torpaqlarımızı azad etdik, xalqımıza əzab verən barbarların səviyyəsinə enmədik
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xəbər Lenti
Lavrov Əfqanıstandan Rusiyanı təhdid üçün istifadə etmək planları barədə xəbərdarlıq edib
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib
Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - EKSKLÜZİV
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib
Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək
Beynəlxalq hüququn icra böhranı: Azərbaycanın 30 illik təcrübəsi dünyaya hansı dərsləri verir? – TƏHLİL
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi açılıb, türkiyəli köşə yazarı axtarışa verilib
Yasamalda tam təmirli mənzillər güzəştli kredit şərtləri ilə satışa çıxdı!
Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib
Zakir Fərəcov Sumqayıtda qəbul keçirib
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
Azərbaycanda mənzillər 8%-dən çox bahalaşıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirməyə cəhd olunub - FOTO
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb- FOTO
Mirzoyan: Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Goranboyda 74 yaşlı kişi güllələnərək öldürülüb, saxlanılan var - YENİLƏNİB - FOTO
Əraqçi: İran regionda ABŞ-ın mövcudluğundan narahatdır, lakin Ermənistana etibar edir
İstanbulda seldə ölənlərin sayı 4-ə çatıb, 3 nəfər itkin düşüb
“20 Yanvar” və “Şamaxinka”da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
Bakıda Vyetnama LNG tədarükü perspektivləri müzakirə edilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib - FOTO - YENİLƏNİB-1
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Kürdəmirdə iki yük avtomobili toqquşub, ölən və yaralanan var - YENİLƏNİB - VİDEO
Avtomobil oğurluğuna görə sığorta hansı hallarda ödənir?
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev Hindistanın yeni təyin olunmuş səfirini qəbul edib
Sabah 31 dərəcə isti olacaq
"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edilib - FOTO
Deputat: Ekoloji təhlükəsizlik üçün qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır
Vüqar Zifəroğlu: Mətbuat Şurası fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azərbaycanda kimya istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL
FHN Qubada texniki təhlükəsizliklə bağlı müşavirə keçirib
İlqar Həsənov: Tələbat yüksəkdir, halal məhsulların ixrac potensialını artıra bilərik