İranın Gilan vilayətinin valisi Lənkəranda olub - FOTO

İranın Gilan vilayətinin valisi Lənkəranda olub  - <span style="color: red;">FOTO
# 19 noyabr 2015 16:56 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İran İslam Respublikasının Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfinin rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəranda olub.

APA-nın cənub bürosunun məlumatına görə, qonaqları qəbul edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, 2014-cü ildə dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

M. Nəcəfi isə qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi tranzit imkanlarının genişlənməsinə, ölkələr arasında, o cümlədən, Gilan vilayəti ilə əlaqələrin inkişafına töhfə verəcək.


Gilan valisi region ölkələri ilə müqayisədə Azərbaycanın yüksək iqtisadi artıma nail olduğunu, iki ölkə arasında həyata keçirilən çoxsaylı qarşılıqlı rəsmi səfərlərin müsbət nəticələr verdiyini bildirərək, bu əlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyünü söyləyib.


Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərində keçirdikləri görüşlərdən söz açan, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla davam etdiyini bildirən qonaq Lənkəranla müştərək əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.


Görüşdə həmçinin Gilanla Lənkəran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə əməkdaşlığın perspektivləri barədə söhbət açılıb, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR