Masallıda 27 yaşlı oğlan intihar edib

Masallıda 27 yaşlı oğlan intihar edib
# 28 avqust 2015 14:24 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Dəmirçilər kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov əmisinə məxsus fərdi yaşayış evində özünü asaraq öldürüb. Hadisənin hansı səbəblərdən baş verdiyi hələlik bilinmir.


Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR