İvitsa Daçiç: Donbasda ağır silahların geri çəkilməsinə dair razılıq əldə olunub

İvitsa Daçiç: Donbasda ağır silahların geri çəkilməsinə dair razılıq əldə olunub
# 21 iyul 2015 17:50 (UTC +04:00)

Bakı - APA. Ukrayna üzrə təmas qrupunun iştirakçıları Donbasda zirehli texnika və 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair razılığa gəliblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç bildirib.

“Sənədin mətni artıq razılaşdırılıb. Zirehli texnika və 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair razılıq əldə olunub”, deyə İ.Daçiç qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR