Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi noyabrın 7-dən 10-dək keçiriləcək.
Tədbirdə Azərbaycan mədəniyyəti, nəşriyyat-poliqrafiya sahəsi, kitab sənəti təmsil və təbliğ olunacaq.
Sərgi günlərində nazirlik tərəfindən nəşr edilən kitabların təqdimatı və imza mərasimlərinin keçirilməsi planlaşdırılır.