Devalvasiya dövlət banklarından çox özəl bankların kreditləşmə qabiliyyətinə təsir edib - TƏHLİL

Devalvasiya dövlət banklarından çox özəl bankların kreditləşmə qabiliyyətinə təsir edib - <span style="color: red;">TƏHLİL
# 13 iyul 2015 10:22 (UTC +04:00)

Bakı - APA-Economics. İyun ayının 1-ə Azərbaycanın dövlət bankları tərəfindən 7 mlrd. 335,6 mln. manat kredit verilib.

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə iyun ayının 1-dək kredit təşkilatları tərəfindən 20 mlrd. 468,1 mln. manat həcmində kredit verildiyini nəzərə alsaq, dövlət banklarının verdiyi kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 35,8%-dir.

Dövlət banklarının kreditləşmə templərində azalma müşahidə olunmaqdadır. Belə ki, may ayında dövlət bankları tərəfindən verilən kreditlərin həcmi aprel ayı ilə müqayisədə 78,4 mln. manat azalıb.

Manatın devalvasiyası baş verən ay, yəni fevral ayından iyunun 1-dək dövlət bankları tərəfindən verilən kreditlərin həcmində 103,1 mln. manat azalma müşahidə olunur. Qeyd edək ki, fevral ayının sonuna dövlət bankları tərəfindən 7 mlrd. 438,7 mln. manat həcmində kredit verilib.

Hesabat dövründə özəl banklar tərəfindən 12,542 mlrd. manat həcmində kredit verilib. Aprel ayında müştərilər özəl banklardan 12 mlrd. 590,9 mln. manat həcmində kredit alıb. Beləliklə, aprel ayında özəl bankların kreditləşmə tempi 48,1 mln. manat səviyyəsində enib.

Fevral ayının sonu ilə müqayisədə iyunun 1-ə özəl banklar tərəfindən verilən kreditlərin həcmi 157,1 mln. manat azalıb. Qeyd edək ki, martın 1-dək özəl banklar tərəfindən verilən kreditlərin həcmi 12 mlrd. 699,1 mln. manat olub.

Statistikadan məlum olduğu kimi, devalvasiya daha çox özəl bankların kredit qabiliyyətinə mənfi təsir edib.

Azərbaycanda hazırda 2 dövlət bankı fəaliyyət göstərir ki, bunlar da Azərbaycan Beynəlxalq Bankı və “Azər-Türk Bank”dır. Özəl bankların sayı 43-dür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR