Nazirlik Gəncədə hamilə qadının ölüm faktını araşdıracaq

Nazirlik Gəncədə hamilə qadının ölüm faktını araşdıracaq
# 03 iyun 2016 10:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Gəncədə hamilə qadının ölüm faktına münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bütün ana ölümü faktları kimi Gəncədə 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimovanın ölüm səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyası tərəfindən araşdırılacaq. Yalnız bundan sonra ölümün dəqiq səbəbləri məlum olacaq. Bundan sonra nazirliyin Doğuşayardım Komissiyanın rəyi ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Gəncədə üç aylıq hamilə olan 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova özünü narahat hiss etdiyi üçün Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə yerləşdirilib. Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyat zamanı qadın dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR