Dövlət Gömrük Komitəsi “Buraxılış vaxtının ölçülməsi” mövzusunda seminar keçirib

Dövlət Gömrük Komitəsi “Buraxılış vaxtının ölçülməsi” mövzusunda seminar keçirib
# 19 noyabr 2015 13:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Regional Tədris Mərkəzində “Buraxılış vaxtının ölçülməsi” mövzusunda seminar öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin gömrük xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Seminarda Türkiyə, Qazaxıstan və Qırğızıstan gömrük xidmətlərinin, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək seminarda Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən “Azərbaycanda ticarət mühiti: gömrük sistemində tətbiq edilən innovasiya layihələri”, “Buraxılış vaxtının ölçülməsi layihəsinin Azərbaycan modelinin idarəetmə prinsipləri”, “Buraxılış vaxtının ölçülməsi əsasında ticarətə yardım - reformlar və tətbiqetmələr”, “Buraxılış vaxtının ölçülməsinə dair üzv ölkələrin milli təcrübələri”, “Malların təyinat gömrük məntəqəsinə çatdırılmasında buraxılış vaxtının ölçülməsinin əhəmiyyəti” mövzularında iştirakçılara ətraflı məlumat veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR