“DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb

“DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb
# 18 mart 2015 11:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərinin manat üzrə illik faiz dərəcələrini artırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Göy” əmanət növünün illik faiz dərəcəsi 17%-dək, “Qırmızı” əmanət növünün illik faiz dərəcəsi 14%-dək, “Sarı” əmanət növünün illik faiz dərəcəsi 11%-dək, “Uşaq” əmanət növünün illik faiz dərəcəsi isə 12 %-dək artırılıb.

Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy”, “Qırmızı” və “Uşaq” əmanət hesabları aça bilər. “Sarı” əmanət hesabı açdırmaq üçün isə minimum 500 manat ilkin mədaxil edilməlidir. “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərini manatla yanaşı, ABŞ dolları valyutasında da yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

https://www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR