Xırdalanda yaşayış binasında yanğın baş verib

Xırdalanda yaşayış binasında yanğın baş verib
# 06 oktyabr 2014 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Xırdalan şəhərində yaşayış binasında yanğın baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Memar Əcəmi küçəsində yerləşən yaşayış binasındakı mənzillərin birində yanğın baş verib. Dərhal hadisə yerində yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR