Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTO - VİDEO

Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2014 11:02 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Noyabrın 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbir hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun gənc əsgərləri salamlaması ilə başlayıb.

Daha sonra DSX-nin şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərov şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edib. Andiçmə mərasimində həmçinin gənc əsgərlərin valideynləri çıxış ediblər.

DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramının mətni oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.

Tədbir şəxsi heyətin tribunanın önündən keçməsi ilə başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR