Bank Of Baku

DİM: Ümumi müsahibədə 137 namizəd vakant vəzifələrə uyğun bilinib

DİM: Ümumi müsahibədə 137 namizəd vakant vəzifələrə uyğun bilinib
# 25 may 2018 12:22 (UTC +04:00)

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün fevralın 13-də elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 7 dövlət orqanı üzrə fevralın 13-də elan edilmiş ümumi müsahibədə 166 vakant vəzifə üzrə müraciət etmiş 244 namizəddən 132-si müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun biliniblər.

 

Müsahibələr Səhiyyə NazirliyiMədəniyyət NazirliyiEkologiya və Təbii Sərvətlər NazirliyiDövlət Şəhərsalma və Arxitektura KomitəsiƏmlak Məsələləri Dövlət KomitəsiDini Qurumlarla İş üzrə Dövlət KomitəsiQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiKəlbəcər Rayon MəhkəməsiŞamaxı Rayon Məhkəməsi üzrə keçirilib.

 

DİM-ə ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (43) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110) tərəfindən təqdim olunub. Təqdim olunan ən yüksək vəzifə Səhiyyə Nazirliyində Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri vəzifəsidir.

 

İndiyə kimi DİM tərəfindən keçirilən ümumi müsahibə üzrə 137 namizəd vəzifəyə uyğun bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR