Bank Of Baku

Sloveniya NATO qarşısında öhdəliklərinin icrası üçün əlavə vaxt istəyib

Sloveniyanın Baş naziri Yanez Yanşa

© APA | Sloveniyanın Baş naziri Yanez Yanşa

# 08 iyul 2026 14:27 (UTC +04:00)

Sloveniyanın müdafiə öhdəliklərini yerinə yetirmək üçün əlavə vaxta ehtiyacı var.

APA-nın Türkiyə bürosu xəbər verir ki, NATO-nun Ankara Zirvəsinin ikinci günündə jurnalistlərə müsahibə verən Sloveniyanın Baş naziri Yanez Yanşa ölkəsinin bundan sonra NATO qarşısında götürdüyü öhdəliklərə əməl edəcəyini deyib.

Baş nazir vurğulayıb ki, Sloveniya bu il müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdıra bilməyib.

Onun sözlərinə görə, bunun səbəbi təkcə maliyyə göstəriciləri deyil, əvvəlki hökumətin yerinə yetirmədiyi vədlərdir.

Yanşa bildirib ki, yeni hökumət NATO qarşısında verdiyi öhdəliklərə sadiq qalacaq və müdafiə xərcləri ilə bağlı şəffaf siyasət yürüdəcək. O əlavə edib ki, dövlət maliyyəsindəki qeyri-müəyyənlik və büdcə problemləri səbəbindən bütün öhdəlikləri bu il yerinə yetirmək mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR