Əfqanıstanın şərqində NATO-nun hərbi təyyarəsi qəzaya uğrayıb

Əfqanıstanın şərqində NATO-nun hərbi təyyarəsi qəzaya uğrayıb
# 04 aprel 2013 19:55 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın şərqində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) hərbi təyyarəsi qəzaya uğrayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, İSAF-ın məlumatında bildirilir ki, təyyarə aprelin 3-dən 4-nə keçən gecə qəzaya düşüb, lakin bu barədə məlumat bir neçə saatdan daxil olub.

İSAF nümayəndələrinin sözlərinə görə, hal-hazırda hadisə ilə bağlı araşdırma aparılır, qəzanın səbəbləri müəyyənləşir.

Məlumatda qeyd olunur ki, “qəza baş verən vaxt ərazidə üsyançıların olduğu qeydə alınıb”. İSAF nümayəndələri konkret hadisənin baş verdiyi yeri dəqiqləşdirməyib, həmçinin həlak olmuş pilotun milliyyəti də açıqlanmır.

Bu arada “Taliban” hərəkatının nümayəndəsi Zabiulla Mücahid yerli AİP agentliyinə müsahibəsində bildirib ki, aprelin 4-nə keçən gecə üsyançılar Kabil vilayətində NATO-nun hərbi təyyarəsini vurublar. “İSAF hərbçiləri rayonu nəzarətə götürdüyündən biz ölənlərin sayını müəyyən edə bilmədik”, deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR