Azərbaycanın sığorta bazarı I rübdə 14% artıb

Azərbaycanın sığorta bazarı I rübdə 14% artıb
# 14 aprel 2015 08:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar-mart aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 134,8 mln. manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.

I rüb ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 35,75 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 26,5 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-mart aylarında 24,2 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR