Bakının mərkəzi hissələrində su təchizatı məhdudlaşdırılır

Bakının mərkəzi hissələrində su təchizatı məhdudlaşdırılır
# 11 noyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Səbail rayonunun bəzi hissələrində içməli su təchizatında məhdudiyyətlər olacaq.

“Azərus” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Xaqani küçəsində çəkilmiş magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR