Belçikalı müşahidəçi: “Bəzi seçki məntəqələrində izdihamın şahidi oldum”

Belçikalı müşahidəçi: “Bəzi seçki məntəqələrində izdihamın şahidi oldum”
# 01 noyabr 2015 13:25 (UTC +04:00)

Belçikalı müşahidəçi: “Bəzi seçki məntəqələrində izdihamın şahidi oldum”

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanla qonşu ölkələrdə seçki müşahidəçisi kimi təcrübəm var”.

APA-nın məlumatına görə, bunu belçikalı müşahidəçi Hubrext Andre deyib.

O, gün ərzində 12 seçki məntəqəsinə baş çəkdiyini bildirib: “Bir məntəqədə açılış prosesində iştirak etdim. Hər şey yaxşı təşkil olunmuşdu. Günün əvvəlində nisbətən az seçici olsa da, günün qalan hissəsində seçicilərin intensiv iştirakını müşahidə etdim, bəzi məntəqələrdə isə izdihama çevrilməsinin şahidi oldum”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR