NATO baş katibinin Gürcüstana səfəri başlayıb

NATO baş katibinin Gürcüstana səfəri başlayıb
# 27 avqust 2015 07:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ötən gün NATO baş katibi Yens Stoltenberq Gürcüstanda 2 günlük rəsmi səfərə gedib. APA-nın “Gruziya Onlayn”a istinadən verdiyi məlumata görə, baş katib rəsmi görüşləri bu gün başlayacaq. Səfər çərçivəsində onun ölkə prezidenti, baş nazir, parlament sədri, xarici işlər naziri və icra hakimiyyətinin digər üzvləri ilə görüşü planlaşdırılıb.

Baş katib Gürcüstan uğrunda döyüşən döyüşçülərin abidəsinə ziyarət edəcək. Bu gün həmçinin Krtsanisi təlim mərkəzində NATO-Gürcüstan birgə təlim və qiymətləndirmə mərkəzinin açılışı olacaq. Baş katib Gürcüstan silahlı qüvvələrinin NATO üçün hazırlanmış bölüyü ilə görüşəcək.

Rəsmi səfər çərçivəsində Gürcüstanın NATO-ya daxil olması ilə bağlı bütün istiqamətdə məsələlər müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR