Türkiyə Almaniyadakı səfirini geri çağırıb

Türkiyə Almaniyadakı səfirini geri çağırıb
# 02 iyun 2016 14:07 (UTC +04:00)

Bakı – APA. Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb. O, Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasının qəbuledilməz olduğunu bildirib: “Türkiyə bu qərarı əsla qəbul etmir. Yanlış qərardır. Bizim keçmişimiz bəllidir”.

Hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bu qərarı yox saydığını söyləyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Almaniyanı ittiham edib: “Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız qərarlarla başqa ölkələrin tarixini qaralamaq deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR