Gürcüstanda Türkiyə şirkətinin inşa etdiyi hidroelektrik stansiyaya baxış keçirilib - FOTOSESSİYA

Gürcüstanda Türkiyə şirkətinin inşa etdiyi  hidroelektrik stansiyaya baxış keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2014 05:41 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş nazirinin müavini Kaxa Kaladze azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda Türkiyənin "Sağlıq enerji" şirkəti tərəfindən tikilən hidro elektrik stansiyasının inşasına baxış keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 230 MVt gücündə olan hidroelektrik stansiyasının təməli 2013-cü ildə qoyulub. Mətbuat xidmətindən verilən məlumatda bildirilib: "Stansiya qaz və buxarla işləyəcək və 1 milyard 800 milyon KVT enerji verəcək. Bu layihənin həyata keçirilməsindən sonra Gürcüstanın digər dövlətlərdən enerji sahəsində asılılığı azalır və ölkə elektrik enerji istehsal edən müstəqil inkişaf edən dövlətə çevrilir. Hazırda tikintinin 60 faizi başa çatıb."

HES-in tikintisinə baxışda Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Türkiyənin "Sağlıq enerji" şirkətinin həyata keçirdiyi tikilinin layihə rəhbəri Özgül Sarıqaya, şirkət rəhbərləri və energetika nazirliyinin rəsmiləri iştirak edib.

Tikintinin 2015-ci ilin əvvəlində istifadəyə veriləcəyi planlaşdırılıb.

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında Azərbaycanın Gürcüstanın iqtisadi inkişafında ən vacib rol oynayan dövlət olduğunu bildirib: "Son illər geosiyasi vəziyyət getdikcə dəyişir. Düşünürəm ki, Azərbaycan, Gürcüstan və Türkiyə həmişə birgə olmalı, müxtəlif irimiqyaslı layihələr həyata keçirməli, hər üç ölkə arasında dostluq, qardaşlıq inkişaf etdirilməlidir. Biz hələ hər üç dövlətin mütəxəssislərinin işləyib hazırladığı çox layihələr həyata keçirəcəyik", deyə K. Kaladze qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR