Con Kerri və Sergey Lavrov arasında görüş keçirilib

Con Kerri və Sergey Lavrov arasında görüş keçirilib
# 11 aprel 2013 12:03 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Londonda ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər ikitərəfli əlaqələrin inkişaf yollarını, aktual beynəlxalq məsələləri, o cümlədən Suriya və Koreya yarımadasında yaranmış vəziyyəti müzakirə ediblər. Raket hücumundan müdafiə mövzusu və bu barədə dialoqun perspektivləri də diqqət mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR