Salyanda oğurluq etdiyi evdə yanğın törədən şəxs tutulub

Salyanda oğurluq etdiyi evdə yanğın törədən şəxs tutulub
# 02 noyabr 2015 11:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Salyanda oğurluq etdiyi evdə yanğın hadisəsi törədən şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Ramazan Orucovun yaşadığı evdən 1700 manat oğurlayan və oradakı yataq dəstini yandıran rayon sakini Tahir Eyvazov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR