Balakəndə 38 yaşlı qadın intihara cəhd edib

Balakəndə 38 yaşlı qadın intihara cəhd edib
# 04 sentyabr 2015 09:37 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda intihara cəhd edilib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 06 radələrində rayonun Mahmalar kənd sakini, 1977-ci il təvəllüdlü Nəzakət Zaməddin qızı İsgəndərova sağ qolunun bilək nahiyəsinin kəsilməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, bir övlad anası olan 38 yaşlı Nəzakət İsgəndərova intihar etmək məqsədi ilə kəsici alətlə sağ qolunun bilək nahiyəsini kəsib. Ona xəstəxanada lazımi tibbi yardım göstəriləndən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Məlumata görə, N. İsgəndərova əvvəllər də bir-neçə dəfə intihar etmək məqsədi ilə özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR