Ölkə çaylarından keçən daşqın və selə görə maksimal su sərflərini təyin etmək məqsədilə ölçmə işləri aparılıb - FOTOSESSİYA

Ölkə çaylarından keçən daşqın və selə görə maksimal su sərflərini təyin etmək məqsədilə ölçmə işləri aparılıb - <span style="color: red;">FOTOSESSİYA
# 18 avqust 2015 07:49 (UTC +04:00)

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu ilin yay dövründə Gəncə-Qazax bölgəsinin Kürəkçay, Gəncəçay, Zəyəmçay, Qoşqarçay, Şəmkirçay, Əsrikçay, Şəki-Zaqatala bölgəsinin Balakənçay, Katexçay,Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Əyriçay və Quba-Qusar bölgəsinin Qudyalçay, Qaraçay, Vəlvələçay, Qusarçay, Çaqacuqçay, Quruçay çaylarında aparılmış çöl-tədqiqat işlərinin nəticəsində sözügedən çaylardakı maksimal su sərflərinin son beş ilin göstəricilərinə nisbətdə ən aşağı olduğu məlum olub.

Qeyd edək ki, əsasən dağlıq ərazilərdə qış dövründə yığılmış qarın əriməsi və ayrı-ayrı günlərdə düşən leysan yağışlar nəticəsində dağ çaylarında bəzi günlərdə su sərfinin kəskin artımı baş verir: “hətta bəzi hallarda su çayın məcrasından çıxaraq ətrafları da basır. Qısa müddət ərzində baş verən daşqınlar zamanı çaydakı orta su sərfini dəfələrlə aşan sululuq müşahidə edilir. Həmin vaxtlarda çaylarda su sərfinin ölçülməsi qeyri-mümkün olsa da, sonradan maksimal su sərfləri daşqının izinə görə hesablanır”.

ETSN bildirir ki, hesablamalar nəticəsində əldə olunan məlumatlar illik və çoxillik su ehtiyatlarının qiymətləndirilməsi, daşqınlar riskinin müəyyənləşdirilməsi, infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi üçün mühüm əhəmiyyətə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR