Ermənistan prezidentliyinə keçmiş namizəd Raffi Ovanisyan: “Mübarizə uzun çəkəcək”

Ermənistan prezidentliyinə keçmiş namizəd Raffi Ovanisyan: “Mübarizə uzun çəkəcək”
# 07 mart 2013 21:39 (UTC +04:00)

Bakı-APA. “Xalqın mübarizəsi uzun çəkəcək, lakin aprelin 9-dan o yana keçməyəcək”. APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə martın 7-də Ermənistan prezidentliyinə keçmiş namizəd, “İrs” partiyasının lideri Raffi Ovanisyan Ermənistanın sayca üçüncü iri şəhəri olan Vanadzorda sakinlər qarşısında çıxış edərkən deyib.

“Bizim mübarizəmiz daha uzun çəkməyəcək, çünki hakimiyyət xalqa qaytarılmalıdır. Nə qubernator, nə prezident, nə də Raffi – heç kim insanların qanuni hüquqlarını, təbiətini onların əlindən ala bilməz. Qoy bu barədə qubernatorların hamısı bilsin. Onların heç birinin sizi hədələməyə haqqı yoxdur. Yaşasın azad Ermənistan!”, deyə Raffi Ovanisyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR