Göyçayda 85 yaşlı qadın evində yanaraq ölüb

Göyçayda 85 yaşlı qadın evində yanaraq ölüb
# 08 mart 2013 08:15 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda bir qadının ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə martın 8-də səhər saat 08:30 radələrində Göyçay şəhərinin S.Vurğun küçəsindəki 58 saylı mənzildə qeydə alınıb.

Ev sahibi, 1928-ci il təvəllüdlü Nuriyeva Tavat Hüseynalı qızına məxsus ümumi sahəsi 144 kvadratmetr olan ikimərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün dərhal əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Нanğınsöndürənlər evin tamamilə yanmasının qarşısını alıblar.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, sobanın yanında oturaraq yuxuya gedən ev sahibi Tavat Nuriyeva yanaraq ölüb. O, ikinci mərtəbənin döşəməsinin yanıb qopması nəticəsində birinci mərtəbəyə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR