Azərbaycanda sənaye istehsalçılarının qiymətləri artıb

Azərbaycanda sənaye istehsalçılarının qiymətləri artıb
# 12 fevral 2013 11:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,6% artıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 103,1% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,1%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4% artıb, metal filizlərinin hasilatı üzrə isə 4,7% azalıb.


Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri indeksi 99,8% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 2,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,6%, neft məhsullarının istehsalı üzrə 0,7%, toxuculuq sənayesi üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə 0,1% azalıb, kimya sənayesi üzrə 4,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6%, maşın və avadanlıqların istehsalı üzrə 0,4%, tikinti məmulatlarının istehsalı üzrə isə 0,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR