Samuxda avtomobil aşıb, sürücü ölüb - YENİLƏNİB

Samuxda avtomobil aşıb, sürücü ölüb - <span style="color: red;">YENİLƏNİB
# 29 oktyabr 2014 19:55 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Rza Həmzəyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

***

21:01

Samux. Azər Məmmədli – APA. Samuxda avtomobil aşıb.

Samux rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində baş verib.

Samux rayon sakini, 1990-cı il təvəllüdlü Həmzəyev Rza Rövşən oğlu idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırdıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan R. Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR