GUAM-ın nəqliyyat dəhlizinin inkişafı konsepsiyası təsdiqlənib

GUAM-ın nəqliyyat dəhlizinin inkişafı konsepsiyası təsdiqlənib
# 13 fevral 2013 12:13 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Bu gün Tiflisdə GUAM üzvü olan ölkələrin nəqliyyat qurumlarının rəhbərləri səviyyəsində işçi qrupunun toplantısı keçirilib.

APA-Economics”in GUAM Katibliyinə istinadən xəbərinə görə, iclas iştirakçıları GUAM-ın nəqliyyat dəhlizinin inkişafı konsepsiyasını təsdiq ediblər.

Toplantıda GUAM-ın nəqliyyat qurumları rəhbərlərinin Tiflis bəyannaməsi qəbul edilib. Sənəddə nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb, Bakı-Tiflis-Trabzon avtomobil yolu üzrə model şosenin yaradılması haqqında Azərbaycan, Türkiyə və Gürcüstanın bəyanatı alqışlanıb.

Azərbaycanı iclasda nəqliyyat nazirinin müavini Musa Pənahov təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR