Almaniya səfiri Dirk Lölke bu gün Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəfindən qəbul edilib.
APA xəbər verir ki, bu barədə Almaniya səfirliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də əməkdaşlığın, xüsusilə iqtisadiyyat və siyasət sahələrində daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.